BAKU Azərbaycan
°C

"44 Günlük Müharibəyə qədər 24 il ərzində Ermənistanla aparılan danışıqların iki əsas predmeti var idi: torpaqların azad edilməsi və Qarabağ ermənilərinin “statusu”. İyunun 15-də Paşinyan Ermənistan parlamentində çıxışında etiraf etdi ki, R. Köçəryan və S. Sarqisyan hökumətləri bütün baza danışıq sənədlərində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və hansısa “status” Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirilib. Minsk qrupunun missiyası münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi və onların səlahiyyətlərinə bu iki məsələ daxil idi. Lakin, Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, 44 günlük müharibə ilə əvvəl müzakirə predmeti olan bütün sənədlər sıfırlandı və Minsk qrupunun fəaliyyəti üçün predmet qalmadı".

 

Gundem.az xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analitik təhlilində yer alıb.

Məqalədə qeyd edilib ki,  “status” və Minsk qrupu məsələlərini müzakirə mövzusuna çevirmək istəkləri müharibənin nəticələrini sıfırlamaq cəhdindən başqa bir şey deyildir:

 "Müharibəyə qədər 30 il ərzində Azərbaycana deyilirdi ki, ermənilər 1-ci Qarabağ müharibəsində qalib gəlməklə reallıq yaradıblar və bununla barışın. Azərbaycan isə ən çətin vaxtlarında belə birmənalı şəkildə bununla barışmayacağını, hərbi gücdən istifadə etmək hüququnu özündə saxladığını və zəruri bildikdə istifadə edəcəyini bildirirdi. Azərbaycan həm Ermənistanla, həm də beynəlxalq vasitəçilərlə hər zaman açıq və səmimi olub. Amma təəssüf ki, əvvəl də qarşılıqlı olaraq səmimiyyət görmədiyi kimi indiki danışıqlarda da görmür.Səmimiyyət və aydın mövqe olmadıqda isə danışıqlarda nəticə və sülh əldə etmək çətindir və açıq qarşıdurma qaçılmazdır. “Danışıqlar nəzəriyyəsi”ndə (Negotiation Theory) “pis niyyətli danışıqlar” anlayışı vardır. Yəni, əgər tərəflərdən biri səmimi deyilsə və danışıqlarda “pis niyyətli” tərəfdirsə demək ki, nəticədə və sülhdə maraqlı deyil"Minsk qrupunu yenidən “vasitəçi”yə çevirməklə Ermənistana yardım etməyə çalışanlar üçün isə iki məqamı xatırlatmaq lazımdır. Birincisi, 2020-ci ilin 27 sentyabrına qədər olan reallıq beynəlxalq hüquqa qarşı törədilmiş cinayət idi və bu reallığı bizə qəbul etdirməyə çalışmaqla həmin cinayətə dəstək vermiş olurdunuz. İkincisi, əgər 27 sentyabra qədər “gücün hüququnu” müdafiə edirdinizsə, onda zəhmət çəkin, eyni ilə yenə də “gücün hüququnu” müdafiə edin. Həm də bizim tətbiq etdiyimiz “güc” qarşı tərəfinkindən fərqli olaraq tam legitimdir".

Ermənistan yenə də ikili oyunlarını davam etdirir. Ərazi iddiaları var, lakin hazırda içində olduğu vəziyyətə görə bu iddiaları açıq deyə bilmir:

"Azərbaycan açıq şəkildə hansısa “statusun” olmayacağını və Minsk qrupunun keçmiş olduğunu deyir. Ermənistan tərəfi  bir tərəfdən deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə hərbi, iqtisadi və siyasi mövcudiyyətini qanunsuz olaraq saxlayır. Eyni zamanda bir tərəfdən “status”dan, digər tərəfdən “statusla bağlı tələblərin həddini aşağı salmaqdan” bəhs edir. Bununla yanaşı, tələb edilən “status”un hansı formada olması və hansı əraziləri əhatə etməsi haqqında Ermənistan qorxudan danışmır, keçmiş vasitəçilər isə konkret fikir bildirmirlər. Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonra qəbul edilən rəsmi sənədlərin heç birində nə “status”, nə də Minsk qrupu ifadələri yer almır.
Bütün bunlar qeyri-müəyyənliyi uzadır və “status” haqqında söhbətlər hazırda Azərbaycan tərəfindən açıq şəkildə “ərazi iddiaları” kimi qiymətləndirilir. Çünki, bu cür yanaşmanın başqa məntiqi izahı yoxdur. Aydındır ki, bu iddiaları hazırda Ermənistan düşdüyü vəziyyətə görə açıq şəkildə səsləndirməyə cəsarət etmir. Belə vəziyyət təkcə Ermənistanın deyil, eyni zamanda regiondakı proseslərdə iştirak etmək istəyən kənar oyunçuların da maraqlarına ziddir. Ona görə ki, onlar regionda öz maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanın bu həssas məsələlərdə mövqeyini nəzərə almalıdırlar".

Son xəbərlər

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Moskvaya səfər edəcək

Gəncədə tibb bacısı xəstə yaxınları tərəfindən liftdə döyülüb

Brilliant Dadaşova Prezidentin mahnısını dinləməsindən danışdı

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən açıqlama

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO

Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Turist Elbrusda uşaq dünyaya gətirdi

AB Ukraynaya 4 kater verdi

İranda zəlzələ OLUB

Kürdəmirdə ağır qəza - Yaralılar var

Türkiyədə müəmma: Yerin altından gələn qorxulu səs...

Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO

Naməlum şəxs 11 nəfəri öldürdü

"Eurovision 2023" bu şəhərlərdən birində keçiriləcək

Hirkan Park Otel xanım müştəriləri qovub - "Doktor" gəlir, buranı tərk edin'

FTB Trampın evindən 11 məxfi sənəd TAPIB

Ebru Gündəş konsert qiymətini qaldırdı

Bütün xəbərlər