BAKU Azərbaycan
°C

Ermənistanın tanınmış yazıçılarından biri olan Karen Antaşyan Rusiya, Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingent haqqında sərt ifadələr işlədib. 

Gundem.az xəbər verir ki, yerli media yazıçının İrəvanın əsas dostu olan Moskvanı yıxıb-sürüməsini Azərbaycanın "Qisas" əməliyyatı ilə əlaqələndirib. 

Antaşyan deyib: “Ermənistan Respublikasının mövcudluğunda maraqlı olan hər bir erməninin yadda saxlamalı olduğu bir neçə sadə həqiqəti dilə gətirəcəyəm. Ruslar sülhməramlı deyillər, rus işğalçıdır!  Rusiya Ermənistanın strateji dostu da deyil. O, bütün aspektlərdə Ermənistanı müstəmləkə etməyə çalışan imperiyadır. Ermənistan Rusiya üçün xristian, qardaş ölkə, strateji tərəfdaş da sayılmır. Ölkəmiz Rusiyanın əlində siyasi və strateji resursdur, zərurətdən asılı olaraq onunla oynamaq, istifadə etmək bu və ya digər şəkildə qurban vermək olar. Türkiyə bizim düşmənimizdir, amma Rusiya da dediyim kimi dostumuz deyil".

Erməni cəmiyyətinə sərt mesajlar ünvanlayan yazıçı onu da vurğulayıb ki, özünü millətçi adlandıran, radikal türk nifrəti mövqeyindən çıxış edən, eyni zamanda "Rusiya qardaşlığını" aktiv şəkildə təbliğ edən erməni siyasi birlikləri Rusiya agentləridirlər. Onlar özlərinin yekun hesabatlarını Rusiya xüsusi xidmət orqanlarına göndərirlər. Qonşularına bağışlanmaz, amansız, radikal nifrəti təbliğ edən istənilən siyasi birlik də agent yığnağıdır. Onun sözlərinə görə ölkə daxilində cəmiyyətin radikal qütbləşməsinə səbəb olan siyasi və sosial layihələrdə də açıq-aşkar qərəzlilik var. 

"Ermənistan Respublikasının siyasi elitası bütün dövrlərdə bu və ya digər dərəcədə Rusiyanın maraqlarına xidmət edib. Üstəlik kim ki, digərinə qarşı yerli səviyyədə radikal dözümsüzlük göstərir, bir-birini gözdən salmaqla, məhv etməklə məşğul olur o da Rusiyanın əlində qeyri-qanuni oyuncağa çevrilir. Bəs bizi imperiyanı siyasi oyunlarında daha əlverişli olmağa sövq edən təvazökar qərbçilik, türkofobiya, ruslara şikayətsiz sədaqət nümayişi xilas edə bilərmi? Yox, heç vaxt. Resurs heç vaxt rəğbət oyatmaz. Biz onlar üçün resursuq...

Türklərlə və ya başqa bir siyasi qütblə dostluğumuz bizi Rusiyanın təsirindən azad edib, suverenliyimiz və təhlükəsizliyimizin dərəcəsini artıra bilərmi? Yenə də yox! Acı təcrübə göstərib ki, belə bir durumda bütün ölkədə sabitlik, ümid, suverenlik itib batacaq.  Bu, ölkəni on il geriyə atmaq deməkdir. Ən çox ümid edə biləcəyimiz şey əsas siyasi oyunçular arasında onların maraqlarının tarazlaşdırılması və mübadilə mühitinə çevrilməkdir. Bunun üçün mümkün qədər çox oyunçunun maraq obyektinə çevrilmək lazımdır. Bu strategiyanın uğuru isə o zaman mümkündür ki, Rusiya ümidsizcə zəifləyib diqqətini bizdən yayındırsın. Yaxu da güclü, texnoloji cəhətdən inkişaf etmiş, yüksək mədəni və elmi suverenliyə malik tərəfdaşa sahib olmağın zəif, sınmış, dağıdılmış, qüdrətli bir tərəfdaşdan daha sərfəli olduğunu başa düşsünlər. Daha biz geridə qalmış, assimilyasiya olunmuş vilayət kimi olmayaq. Belə ideyaya xüsusilə rus əsilli tanınmış ermənilər xidmət göstərməli, məlum gündəmi ön plana çıxarmalıdırlar. Bu, xərçəng xəstəsini xilas etmək üçün olan ümid kimi bir şeydir. Bədxassəli bir şiş xoş xassəli hala gələrmi, bilmirəm. Ancaq ölməmək, assimilyasiya edilməmək yaxud da gec və ləyaqətlə ölməmək üçün daimi səylər vacibdir”, - yazıçı ölkəsinin ruslara bağlı olan gələcəyinin qaranlıq olduğunu gizlətməyib.

Turqut 

Son xəbərlər

Məşhur hücumçu karyerasını bərpa etdi: Qəlyan çəkmək qadağası

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

İlham Əliyev Füzulidən Berlinə getdi - TARİXİ UÇUŞ

Millət vəkilinə ağır itki

Elmira Süleymanovanın əziz xatirəsinə - VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq müzakirə edildi FOTO

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olundu

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Sahir Rüstəmov vəzifəsindən azad edildi

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Bütün xəbərlər