
Dünya
01.10.2022 / 15:52
205
Rusiya səfiri Danimarka XİN-ə çağırıldı
Rusiyanın Danimarkadakı səfiri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”la birləşdirilməsi ilə əlaqədar Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.
Gundem.az xəbər verir ki, bu barədə Danimarka XİN bəyanat yayıb.
"Danimarka heç vaxt Rusiyanın Ukraynanın sərhədlərini hərbi güclə dəyişmək cəhdi ilə razılaşmayacaq. Bu mesaj Kremlə tamamilə aydın olmalıdır", - Danimarkanın xarici işlər naziri Jeppe Kofod bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay