
30.03.2023 / 22:05
200
Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı TƏSDİQLƏNDİ
Türkiyənin Ali Seçki Şurası bu gün ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib.
Gundem.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Ahmet Yener məlumat verib.
“Namizədlər barədə yekun qərar qəbul edilib. Beləliklə, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub”, - deyə Şura sədri bildirib.
O qeyd edib ki, Şuraya daxil olan ərizə və etirazlara baxılarkən seçkilərin ləğvi ilə bağlı müraciətlər rədd edilib.
Qeyd edək ki, Türkiyədə prezidenti seçkiləri mayın 14-də baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay