BAKU Azərbaycan
°C

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçovun bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülməsinə diqqət çəkib.

Gundem.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Qırmızı qərənfillər Qara 20 Yanvarın, Azərbaycan xalqının müqavimətinin və müstəqillik arzusunun simvolu oldu. Qəribədir ki, Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçov bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb”,- H.Hacıyev

Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər