23.02.2024 / 22:17
255
MİT əməliyyat keçirdi: Mazlum Mardin yaxalandı
PKK terror təşkilatının üzvlərindən olan "Mazlum Mardin" kod adlı Murad Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib.
Gundem.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər. Terrorçu Murad Kızılın gizləndiyi yer müəyyən edilib. Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib.
Qeyd edilib ki, o, 2015-ci ildə Suriya və İraqda terror fəaliyyəti göstərib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay