BAKU Azərbaycan
°C

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.

Gundem.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb.

Qeyd olunub ki, Ukraynada öldürülən rus əsgərlərinin sayını öyrənmək üçün sosial mediada rəsmi hesabatlar, qəzetlər və açıq mənbə məlumatları axtarılıb. Həmçinin Rusiyadakı qəbiristanlıqlardakı yeni məzar yerləri də bir çox əsgərin adını öyrənməyə kömək edib.

“Ümumilikdə Ukraynada xidmət edərkən həyatını itirən rusların sayı 50 mini keçib. Savaşın birinci ilinə nisbətən ikinci ilində ölənlərin sayı təxminən 25 faiz artıb. Sonuncu dəfə 2023-cü il iyunun 16-da ölənlərin sayının 25 mini keçdiyi qeydə alınıb”, - nəşr bildirib.

Kreml isə sözügedən araşdırmanı şərh etməkdən imtina edib. Digər tərəfdən bildirilib ki, müharibə başlayandan bəri Moskva ölənlərin sayı barədə yalnız 2022-ci ilin sentyabrında açıqlama verib. “BBC” qeyd edib ki, ölənlərin real sayı bundan çox ola bilər.

“”BBC” məlumatlarına Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqanskda milis qrupları arasında ölüm halları daxil deyil. Bunlar əlavə edilsəydi, Rusiyanın itkiləri daha çox olardı. Eyni zamanda, Ukrayna ölənlərin sayı ilə bağlı çox məlumat paylaşmır”, - vurğulanıb.

Fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenski 31 min Ukrayna əsgərinin öldürüldüyünü bildirib. Lakin ABŞ kəşfiyyatına əsaslanan hesablamalar daha çox itkiyə işarə edib. (Sfera.az)

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər