Dünya
24.04.2024 / 23:59
135
Tayvanda yenidən zəlzələ oldu
Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Gundem.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 350 min nəfər əhalisi olan Hualien şəhərindən 72 km şərqdə, 33 km dərinlikdə yerləşir.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay