BAKU Azərbaycan
°C

Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları tutulur.

Gundem.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi məlumat yayıb. Bildirilib ki, Moskva ilə yanaşı, Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub. Məlumata görə, son aylarda, həm Böyük Britaniya, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunublar.

“Çinə bağlı casuslar Böyük Britaniyada sənaye müəssisələrinə və akademik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alicia Kirnsin köməkçisi olub və əvvəllər hazırda təhlükəsizlik naziri olan Tom Tugendhat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi olan “Çin Araşdırma Qrupu”nda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Böyük Britaniya hökuməti son üç ildə ilk dəfə olaraq Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib”.

Mərkəz qeyd edib ki, Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunurlar:

“Həbs orderində bildirilib ki, tutulan şəxslərdən biri Çinin Təhlükəsizlik Nazirliyinin – onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərirdi. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat əldə etməkdə ittiham olunur. Bu xəbər Almaniya kansleri Olaf Şoltsun Çinə başa çatan səfərindən sonra yayıldı. Halbuki, Olaf Şolts Çin lideri Si Cinpinlə iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib. Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunublar. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq edirdilər. Digət tərəfdən, həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri mövcuddur”. (Sfera.az)

 

Son xəbərlər

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Mesut Özildən əzəli rəqibinə MESAJ

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini imiş

Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü KEÇİRİLDİ

Bankların hərracda tələbi 100 milyon dolları ötdü – SƏBƏB

FTX direktoru: "Xarici agentlərin Rusiyada fəaliyyəti ciddi təhlükə yaradır"

Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs SAXLANILDI

Zelenski və Makron Xarkov istiqamətində vəziyyəti MÜZAKİRƏ ETDİ

Avropa Məhkəməsinin yeni sədri O OLDU

Türkmənistan qazı Türkiyəyə Azərbaycan vasitəsilə tədarük olunacaq - YENİLƏNDİ

Ermənistandakı etirazların arxasında hansı qüvvələr dayanır? - AÇIQLAMA

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək DAVAM EDƏCƏK

Ardı-arası kəsilməyən geomaqnit qasırğaları “Starlink”  peyklərini məhv etdi

Müsavat Partiyasının üzvü qətlə YETİRİLDİ - FOTO

Paşinyan: "Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb"

Bu hərəkətdən sonra qadının çənəsi çıxdı - MARAQLI HADİSƏ

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

Bütün xəbərlər