BAKU Azərbaycan
°C

75 yaşlı fransız aktyor Jerar Depardye cinsi təcavüz iddiası ilə nəzarətə götürülüb. 

Gundem.az xəbər verir ki, fransız aktyor Jerar Depardye film çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunaraq Paris polis idarəsində saxlanılıb. Qeyd edək ki, dəfələrlə cinsi təcavüzdə ittiham olunan məşhur aktyor bu dəfə eyni anda iki ittihamla üzləşin.

"Cənab Depardye bu gün Paris polis idarəsinə çağırılıb və hazırda həbsdədir. O, 2014 və 2021-ci illərdə baş vermiş iki iddia edilən cinsi təcavüzlə bağlı dindirilir"- deyə hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

Yerli Fransız mediasına görə, təqib epizodları çox güman ki, “Les Volets Verts” (Yaşıl Panjurlar) və “Le Magician et les Siamois” (Sehrbaz və Siam) filmlərinin çəkilişləri zamanı baş verib.

   “Yaşıl Kart” və “Sonuncu Metro” kimi filmlərdə rol alan Depardye özü isə ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir.

Qeyd edək ki, 2018-ci ildə aktrisa Şarlotta Arnoldun ittihamlarından sonra 2020-ci ilin dekabrında aktyora qarşı zorlama və cinsi zorakılıq maddəsi ilə istintaq başladılıb. Daha sonra isə “Oskar” mükafatına namizəd olan aktyor dəfələrlə bu cür hərəkətlərdə ittiham olunub.

2022-ci ildə Fransanın xəbər saytları Depardyenin 13 gənc qadını təqib etməkdə, cinsi qısnama və ya təcavüzdə ittiham olunduğunu bildirib. Dekabr ayında “France 2” kanalında yayımlanan “Depardye: Adamyeyənin süqutu” sənədli filmində aktyora qarşı 16 ittihamçının olduğu iddia edilib.

 

Son xəbərlər

Cənubi Qafqazda növbəti XAOS PLANI: "Paşinyan özü də etiraf etdi, bundan sonra..." - AÇIQLAMA

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü BAŞLADI

Serbiya Prezidentini hədələyən şəxs SAXLANILDI

Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA

Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Dünya bazarlarında neft BAHALAŞDI

4-cü kurs tələbəsinin qəsdən öldürüldüyü MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə GETDİ

Bakıda qəza - ölən və yaralananlar VAR

Vladimir Putin Çində Si Cinpinlə GÖRÜŞDÜ

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

FHN gül mağazasında baş vermiş yanğınla bağlı MƏLUMAT YAYDI

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Rusiya XİN: "Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır"

Niderlandın Baş naziri COP29-a DƏVƏT EDİLDİ

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

Bütün xəbərlər