Dünya
30.04.2024 / 22:48
141
Pentaqondan kosmosla bağlı XƏBƏRDARLIQ
Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı olmamalıdır.
Gundem.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı Meridian Mərkəzində çıxış edib.
“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər, xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər",- deyə Con Plum qeyd edib.
Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi yanaşır.
Qeyd edək ki, bu ilin fevralında ABŞ hökuməti, o cümlədən Prezident Cozef Bayden səviyyəsində Rusiyanı sübut təqdim etmədən kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirməkdə ittiham edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay