BAKU Azərbaycan
°C

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması yüzminlərlə Rusiya vətəndaşının ölkəni tərk etməsinə səbəb olub. 

Gundem.az “Bloomberg”ə istinadən xəbər verir ki, ölkəni tərk edən vətəndaşların bir çoxu son aylarda geri qayıdır. 
Nəşrin gəldiyi qənaətə görə, müharibədən qaçan rusların geri dönməsi Rusiya iqtisadiyyatının inkişafını dəstəkləyir, əlavə dəyərin artmasını sürətləndirir. 


Qeyd edək ki, müharibəyə görə Rusiyanı tərk edənlərin əksəriyyəti yüksək səviyyəli mütəxəsislər, ixtisaslı kadrlar idi.


Həmin şəxslərin bir hissəsi xaricdə özlərinə münasib yaşayış imkanı qazansa da, əksəriyyəti yaşamaq icazəsi, iş və bankçılıqla bağlı problemlərlə üzləşib, ayrı-seçkiliyə məruz qalıb.


“Bloomberg”in hesablamasına görə, 2022-ci ildə Rusiyanı müharibə səbəbilə bir milyon insan tərk edib. Həmin insanlar arasında geri qayıdanların sayı artır. Moskvadakı “Finion” adlı köçürmə şirkətinin rəhbəri Vyaçeslav Kartamışev 2022-ci ildə Rusiyanı tərk edənlərin təxminən 40-45 faizinin geri qayıtdığını iddia edib.


Tədqiqatçı Tatyana Stanovaya isə bildirib ki, xaricdə yaxşı münasibət görməyib geri dönənlərin sayının artması Vladimir Putinin təbliğat imkanlarını artırıb. Putin geriqayıdış faktından Qərbdə rusofobiyanın sübutu kimi fəal şəkildə istifadə edir. 


Xatırladaq ki, 2023-cü ildə Rusiya iqtisadiyyatında 3,6 faizlik artım qeydə almışdı. “Bloomberg”in hesablamalarına görə, bunun təxminən 30 faizi geri dönüşün təsiri ilə baş verib. Bu fakt Rusiyadan kapital axınının da azalacağını göstərir. 2022 və 2023-cü illərdə Rusiyadan kapital axını böyük olub və bundan qonşu ölkələr faydalanıb. “Bloomberg” bu prosesin əks yöndə dəyişə biləcəyini istisna etmir.  

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər