BAKU Azərbaycan
°C

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib.

Bu barədə Gundem.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

“Zərərçəkmişin əlindəki içərisində 61.500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı- əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32.500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb”, - qurumdan bildirilib.

 

Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib:

“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir”.

 

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər