BAKU Azərbaycan
°C

2024-cü ilin iyununda Azərbaycanda illik inflyasiya 1,1 faizə yüksəlib.

Gundem.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin aprelinə kimi illik inflyasiya sürətində azalma tempi müşahidə edilsə də son 2 ayda bahalaşmanın sürəti artıb.

Xatırladaq ki, 2023-cü ilin sonunda 2,1 faiz olan illik inflyasiya apreldə sıfır həddinə düşmüşdü. Amma bu ilin may ayından yenidən inflyasiya sürətində güclənmə baş verib.

Mayda illik bahalaşma 0,3 faizə yüksələndən sonra iyunda 1,1 faizə çatıb. İllik inflyasiya ilə bərabər dövrü inflyasiyanın da sürəti güclənir.

2024-cü ilin yanvar-may dövründə orta inflyasiya 0,6 faiz olduğu halda, yanvar-iyunda orta inflyasiya 0,7 faizə yüksəlib. İllik inflyasiya sürətinin yenidən güclənməsi ərzaq məhsulları ilə bağlıdır. Artıq iyun ayından ərzaq qiymətlərində enmə dayanıb. Halbuki əvvəlki aylarda illik müqayisədə ərzaq məhsullarında ucuzlaşma 1-2 faiz təşkil edirdi.

Son aylarda dünyada ərzaq qiymətlərinin artması Azərbaycanda da müşahidə olunur. Böyük ehtimalla iyul ayında inflyasiya sürətində güclənmə davam edəcək. Yanacağın bahalaşmasının inflyasiya sürətinə artırıcı təsir edəcəyi dəqiqdir.  (Sfera.az)

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər