BAKU Azərbaycan
°C

tən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. İsveçdə də meymunçiçəyi virusunun mutasiyasına ilk yoluxma halı qeydə alınıb.

Maraqlıdır, bu virusun ölkəmizdə yayılma ehtimalı varmı?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, sözügedən virus xüsusi təhlükəli infeksiyalara aid deyil:

“Meymunçiçəyi virusu “Orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun “Qərbi Afrika” və “Mərkəzi Afrika” kimi potensial fəal iki ştammı mövcuddur. Meymunçiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış genom quruluşunun (DNT) tədqiqi isə aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş vermədiyini, hətta makroorqanizm zülalının modulyasiyasını törədən bəzi genlərin yoxluğunu, yəni virusun kontaqiozluq və bioloji fəallığının enən xətt üzrə zəiflədiyini təsdiq edir. Müqayisəli təhlil “Mərkəzi Afrika” ştammında tamamlayıcı fiksasiya zülalını kodlayan genin qısaldığını, “Qərbi Afrika” ştammında isə bu genin olmadığını sübut edir”.

Mütəxəssis qeyd edib ki, meymunçiçəyi virusunun virogen fəallığı adi fəsli infeksiyalardan belə yüksək deyil:

“Bu virusun hətta yayıldığı endemik ocaqlarda, mütləq yoluxma əmsalı hazırda 1/10000 faiz nisbətindədir. Yəni, onun lokal ocaqlarda belə epidemiya ehtimalı nisbidir. Azərbaycanda isə belə bir ehtimal, ümumiyyətlə, yoxdur”.

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər