BAKU Azərbaycan
°C

Bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.

Bu barədə Gundem.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.  Qeyd olunub ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

Qurum həmçinin sözügedən virusla bağlı ətraflı məlumat da verib. Bildirilib ki, meymunçiçəyi virusuna yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir:

“Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər”.

TƏBİB həmçinin qeyd edib ki, xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur:

“Yoluxma halı təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir. Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub”.

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər