"Bakının belə gözəl olacağını düşünməmişdim"
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Banqladeşli jurnalist Mohammad Şafiqul Alamdır.
Banqladeşli jurnalist Mohammad Şafiqul Alam Trend-ə açıqlamasında Bakını fantastik gözəlliyə malik şəhər adlandırıb:
"Bakı fantastik gözəlliyə malik şəhərdir. Buraya gəlməmişdən əvvəl onun haqqında oxuduğum qədər gözəl olacağını heç düşünməmişdim".
O, COP29-la bağlı əsas mesajını açıqlayıb:
"Mən çox həssas, iqlim böhranına ən çox məruz qalan, kiçik bir ölkədən gəlmişəm. Buna görə də qlobal şimaldakı zəngin ölkələrə mesajım odur ki, onlar iqlim dəyişikliyindən daha çox təsirlənən qlobal cənuba dəstək olsunlar, səylərini gecikdirməsinlər".
"Bizim bir çox inkişaf etmiş ölkəlrlə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq istiqamətində kifayət qədər danışıqlıqlarımız olub. Lakin biz Qərb ölkələri tərəfindən daha çox səy, real cəhdlər göstərməsini istəyirik", - o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay