BAKU Azərbaycan
°C

Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.

Gundem.az xəbər verir ki, bunu Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, aprel ayının 12-dən sonra Ümrə ziyarəti bir müddətlik dayandırılacaq. Çünki həmin tarixdən sonra Həcc ziyarəti başlayır:

“Buna görə də həmin vaxt Ümrə ziyarətləri olmayacaq. Hər il Qurban bayramından 10-15 gün öncə Həcc ziyarəti başlayır. Zəvvarlar bayramdan 10-15 gün sonra geri qayıdırlar. Bu il Həcc ziyarətinə gedən zəvvarlar mayın 25-30-da yola düşəcəklər. İyulun 16-21-i intervalında isə geri dönüş olacaq”.

Ümrə ziyarətinin qiymətinə gəlincə, şöbə müdiri söyləyib ki, bu, qalma müddətinə, hotellərin neçə ulduzlu olmasına və yerləşdikləri məsafəyə görə dəyişir:

“Qiymətlər 800-2000 dollar aralığındadır. Qiymət nə qədər çox olsa, xidmət o qədər yaxşı olur”.

Vüsal Cahangiri söyləyib ki, əgər əvvəllər Ümrə ziyarətini təkcə Qafqaz Müsəlmanları İdarəsi təşkil edirdisə, indi bu işlə həm də turizm şirkətləri məşğul olurlar.

Qeyd edək ki, hazırda Azərbaycanda müxtəlif şirkətlər Ümrə ziyarətinə tur paketləri təklif edirlər. Qiymətlər isə 2000-2500 manat aralığında dəyişir. Bura bilet, hotel, nəqliyyat xidməti, rəhbər dəstəyi və qidalanma daxildir.

Son xəbərlər

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR

Türkiyəli jurnalistlər ilin-günün bu vaxtı İrəvana niyə getdi?

Bütün xəbərlər