BAKU Azərbaycan
°C

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 28.0 mm, Göygöldə 27.0 mm, Ləzədə 26.0 mm, Şahdağda 25.0 mm, Qudyalçay-Xınalıqda 24.0 mm, Qrızda 23.0 mm, Sarıbaşda (Qax) 21.0 mm, Şəkidə 20.0 mm, Qusarda 15.0 mm, Daşkəsən, Qubada 14.0 mm, Gəncə, Xınalıq, Tovuzda 12.0 mm, Ağstafa, Gədəbəydə 10.0 mm, Balakən, Qəbələdə 9.0 mm, Ağdam, Mingəçevirdə 8.0 mm, Göyçay, Zaqatala, Oğuzda 7.0 mm, Ağdərə (Ordubad), Şəmkir, Bərdə, Yevlaxda 5.0 mm, Naftalan, Sədərək, Ceyrançöl, Qobustan, Altıağac, Zərdabda 4.0 mm, Beyləqan, Astara, Xaltanda 3.0 mm, Tərtər, Cəfərxan, Şabranda 2.0 mm, Naxçıvan, Şərur, İmişli, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağa, Bakıda 2.0 mm, Sumqayıt, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Dolu: Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna, 17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Naftalan, Ağdam, Gəncədə 28 m/s, Balakən, Mingəçevirdə 25 m/s, Şəmkir, Tovuzda 24 m/s, Tərtər, Ağstafada 22 m/s, Zaqatalada 20 m/s, Kəlvəzdə 19 m/s, Naxçıvan, Ceyrançöl, Cəfərxan, Şəmkir, Bərdə, Göyçay, Salyanda 18 m/s, Şirvanda 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Pirallahıda 26 m/s, Neft Daşlarında 25 m/s, Çilov adasında 24 m/s, Ələt, Sumqayıtda 22 m/s, Binədə 19 m/s, Maştağada 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisındə müşahidə olunuan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər