BAKU Azərbaycan
°C

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür.

Gundem.az xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bütün xəbərlər