BAKU Azərbaycan
°C

İki həftə əvvəl paytaxtın Nizami rayonunda 27 yaşlı Ayşə Bayramovanın qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Ayşəni öldürən həyat yoldaşı, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun ikinci evliliyi imiş.

Məlum olub ki, ata-anasını erkən yaşda itirən Ayşə nənəsinin himayəsində böyüyüb. Hadisə də qadın nənəsinə baş çəkərkən qeydə alınıb. Ailə qurduqdan sonra da tez-tez nənəsinin yanına gedən Ayşə Nizami rayonu, Şərifli küçəsində olarkən həyat yoldaşının hücumuna məruz qalıb. Kişinin çoxsaylı bıçaq zərbələrindən ağır yaralanan Ayşə qanitirmədən hadisə yerində vəfat edib.

Bildirilir ki, əslən Masallıdan olan və “Kirvə Vüsal” adı ilə tanınan Vüsal Bayramov Ayşə ilə evləndikdən sonra Bakıya köçüb. Onların 5 illik evliliyindən bir oğlu da olub.

Ayşə Bayramova iş qadını kimi tanınıb. Belə ki, o, müxtəlif vaxtlarda paytaxda yerləşən bir neçə geyim mağazasının sahibi olub.

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Son xəbərlər

Rusiyanın daxili işlər naziri İrəvanda

İlham Əliyev və Ərdoğanın təkbətək görüşü olub - YENİLƏNİB

Əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər

Polşa Kanadanın üzr istəməsini tələb edir

Gələn ay Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxılacaq

Oğluna cərimə yazılan qadın sürücü polisi təhqir etdi, həbs olundu

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycanlı futbolçu dopinqə görə 2 illik diskvalifikasiya olundu

Əmisi Qənirə Paşayevanın səhhəti ilə bağlı yayılan iddialara CAVAB VERDİ

Deportasiya zamanı Qərbi azərbaycanlılara vurulan ziyan açıqlandı

Məktəbliyə zorakılıq edən xanım yeni vəzifəyə təyin olundu

“Neftçi”nin vitse-prezidenti işdən çıxdı

Azərbaycanda "TikTok" nə zaman açılacaq? - RƏSMİ CAVAB

Bakıda ev yandı

Ağdamda ermənilərin döyüş texnikası və silah-sursatı müsadirə edildi

Qarabağın erməniəsilli sakinləri Ermənistana maneəsiz şəkildə gedirlər

Azad edilmiş ərazilərdə daha 29 mina AŞKARLANDI

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi

Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

Rusiyanın bir sıra hava limanları müvəqqəti bağlandı

Bütün xəbərlər