BAKU Azərbaycan
°C

“Xalq qəzeti”nə yeni baş redaktor təyin olunub.
 

Gundem.az xəbər verir ki, bu, Mətbuat Şurasının sədri, keçmiş deputat Əflatun Amaşovdur. Bir qədər öncə yeni baş redaktor qəzetin kollektivinə təqdim olunub. 
 

Xatırladaq ki, "Xalq qəzeti"nin əvvəlki baş redaktoru Həsən Həsənov iki gün öncə tutduğu vəzifədən azad edilib.
 

Əflatun Amaşov 26 aprel 1957- ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
 

1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
 

1976-1978-ci illərdə hərbi xidmətdə olub.
 

1979-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.
 

1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
 

1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.
 

1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.
 

1998-2003-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.
 

2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.
 

Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.
 

Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.
 

2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.
 

2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.
 

2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
 

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. O, 2020-ci ilə kmi V çağırış Milli Məclisinin üzvü olub.
 

Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
 

Ailəlidir. Bir oğlu var.(modern.az)

 

Qeyd edək ki, bu barədə məlumatı ilk dəfə Sfera.az saytı yaymışdı. Əflatun Amaşov Sfera.az-a açıqlamasında isə məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

 

Son xəbərlər

Leyla Əliyeva Nizami rayonunda ağacəkmə aksiyasında - FOTO

“Neftçi”dən "quru hesablı" məğlubiyyət

Qırmızı Meydanın bağlanma səbəbi AÇIQLANDI

Bakıda külək elektrik stansiyası tikiləcək

DSMF sosial yardımla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

Bu yollarda tıxac var - SİYAHI

Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib

Mirzoyan Səudiyyə Ərəbistanına gedir

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Azərbaycan elektromobil idxalını artırdı

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Şəhid anası vəfat etdi - FOTO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Azərbaycan lideri: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

Bütün xəbərlər