BAKU Azərbaycan
°C

Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Prezident İsxak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib.

Gundem.az  xəbər verir ki, İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.


Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb. Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Son xəbərlər

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Rusiya müdafiə nazirinin müavini SAXLANILDI

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb

Bakıda 3 maşın yandı

Həmişə sevgi üçbucaqları yaradan BÜRCLƏR

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Rusiya XİN Bakı və İrəvan arasında bu məsələni zəruri hesab etdi

"Qalatasaray" Azərbaycana gəlir… "Qarabağ"la birgə MÜHÜM LAYİHƏ!

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Bütün xəbərlər