Gündəm
28.12.2021 / 11:08
2143
Bakıda eşidilən partlayış səsləri ilə bağlı DİN-dən AÇIQLAMA
Hazırda paytaxtda güclü partlayış səsləri eşidilir.
Gundem.az xəbər verir ki, partlayış səsinin Bakının 4-cü mikrorayon ərazisindən gəldiyi iddia olunur.
Davamlı gurultu səsi ictimaiyyətdə narahatlıq doğurub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında partlayış səslərinin 20 yanvar ərazisindən gəldiyini ehtimal edib:
“Bu barədə bizə də məlumat gəlib və əməkdaşlarımız hazırda əraziyə gedir. Araşdırıb məlumat verəcəyik”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay