BAKU Azərbaycan
°C

27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işləri aparılacaq.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq işlərin aparılacağı ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin isə Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov  küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsğərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn  küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Bakı Dairəvi avtomobil yolu  (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılması nəzərdə tutulur.

Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılması nəzərədə tutulur.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən küçə və prospektlərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - məlumatda deyilir.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər