BAKU Azərbaycan
°C

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev və digər şəxslərin qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, əldə edilmiş ilkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.

İş üzrə toplanmış sübutlar əsasında Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib, Malik Əliyev barəsində məhkəmənin qərarilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Azərbaycanda polis bu qızı axtarır -FOTO

İmtahana gedən vətəndaşlar belə adadılır - Ekspertdən ÇAĞIRIŞ

Nigar Camalın qızı çempion oldu

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib

"Bu, müharibədə birbaşa iştirak deməkdir" - Boris Pistorius

Avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində OLDU

Məşhur aktrisa sevgilisindən AYRILDI - FOTO

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

İranın Dini Ekspertlər Şurasına yeni sədr SEÇİLDİ

Bu qida "Viagra"dan daha TƏSİRLİDİR - Həftədə ən azı...

İran lideri mərhum prezident Rəisinin cənazəsi üzərində dua oxuyacaq

Əli Əsədovdan qərar - MÜHÜM DƏYİŞİKLİK

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Bütün xəbərlər