BAKU Azərbaycan
°C

Səhiyyə mütəxəssisləri COVID-19-dan daha ölümcül ola biləcək və 50 milyondan çox insanın həyatına son qoyacağı ehtimal edilən “Xəstəlik X" adlı potensial pandemiya barədə xəbərdarlıq ediblər. 

Cebhe.info xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan səhiyyə mütəxəssisləri COVID-19-un gələcəkdə daha dağıdıcı pandemiyaların xəbərçisi ola biləcəyini deyirlər. Böyük Britaniyanın Peyvənd İşçi Qrupuna sədrlik edən Dame Kate Bingham növbəti pandemiyanın ən azı 50 milyon insanın həyatına səbəb ola biləcəyi ilə bağlı dəhşətli xəbərdarlıq edib və COVID-19-un daha ölümcül olmadığı üçün dünyanın şanslı olduğunu vurğulayıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) növbəti gözlənilən pandemiyanın “Xəstəlik X” adlandırıb və onun artıq “yolda” ola biləcəyini bildirib. ÜST-ün məlumatlarına görə, 2019-cu ildə ortaya çıxan COVID-19 artıq dünyada təxminən yeddi milyon insanın həyatına son qoyub. Dame Kate Bingham xəbərdarlıq edib ki, “Xəstəlik X” COVID-19-dan yeddi dəfə daha ölümcül ola bilər. O, həmçinin növbəti pandemiyanın mövcud virusdan qaynaqlandığını deyib. 

İspan qripinə bənzəyir 

1918-19-cu illərdə 50 milyondan çox insanın ölümünə səbəb olan qrip pandemiyası ilə paralellər aparan Bingham deyib:

"Bu gün biz artıq mövcud olan çoxsaylı viruslardan birindən oxşar ölüm sayı gözləyə bilərik. Bu gün planetimizdəki digər həyat formalarından daha çox virus intensiv şəkildə yayılır və mutasiyaya uğrayır. Əlbəttə ki, onların hamısı insanlar üçün təhlükə yaratmasa da bir çoxu yaradır”. 

O, alimlərin hər birinin minlərlə fərdi virusdan ibarət 25 virus ailəsini izlədiyini və onlardan hər hansı birinin mutasiyaya uğrayaraq ciddi pandemiyaya çevrilə biləcəyini söyləyib. Bu müşahidə heyvanlardan insanlara keçə bilən viruslara aid edilmir”. 

“Xəstəlik –X” COVİD-dən daha ölümcül olacaq 

Dame Kate deyib ki, COVİD-ə yoluxmuş insanların böyük əksəriyyəti sağalmağı bacarıb: 

““Xəstəlik X”in qızılca kimi yoluxucu olduğunu və ölüm nisbətinin 67 faiz olan Ebola qədər yüksək olduğunu düşünün. Dünyanın bir yerində çoxalır və gec-tez kimsə özünü xəstə hiss etməyə başlayacaq”. 

Qeyd edək ki, Böyük Britaniya alimləri artıq naməlum "Xəstəlik X"i hədəf alan bir peyvənd hazırlamağa başlayıblar. Viltshire qraflığında yüksək mühafizə olunan Porton Daun laboratoriya kompleksində aparılan tədqiqatda 200-dən çox alim iştirak edir. Tədqiqatçılar diqqəti insanlara yoluxdurmaq potensialına malik olan və bütün dünyada sürətlə yayılan heyvan viruslarına yönəldiblər.

Müayinə edilən patogenlər arasında quş qripi, meymun çiçəyi və gəmiricilər tərəfindən ötürülən hantavirus da var. Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) prezidenti, professor Dame Jenny Harries iqlim dəyişikliyi və əhalinin yerdəyişməsi kimi amillərin gələcək pandemiya ehtimalını artırdığını vurğulayıb. Harries proaktiv hazırlıq tədbirlərinə ehtiyac olduğunu vurğulayıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər