BAKU Azərbaycan
°C

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib.

Gundem.az xəbər verir ki, məşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırlıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara düzgün texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexnizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib.

Məşğələlərdən sonra bölmələrdə avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına, raket-artilleriya silahlarına,  atıcı silahlara və döyüş sursatlarına planlı şəkildə mövsümi qulluğun göstərilməsinə başlanılıb.

Kompleks tədbirlər çərçivəsində texnikaların yanacaq-sürtgü materialları və filtrləri mövsümi tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemləri, hissə və mexanizmləri planlı şəkildə yoxlanılır.

Zirehli texnikaların döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərin yağı dəyişdirilir.

Qeyd edək ki, texnikaların payız-qış mövsümündə istismarına keçidin keyfiyyətli keçirilməsi soyuq hava və yüksək dağlıq ərazilərdə, sutkanın hər vaxtında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılmasına, həmçinin  şəxsi heyətin bu mövsümdə fasiləsiz təminatına imkan yaradacaq.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər