BAKU Azərbaycan
°C

8 noyabr - Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram konsertləri təşkil olunur.

Gundem.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.

Keçirilən tədbirlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığı xüsusi vurğulanıb.

Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Vətən Müharibəsində, 2022-ci ilin sentyabr ayında və lokal xarakterli antiterror əməliyyatı zamanı işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri vurğulanıb.

Son xəbərlər

Səfirlikdən azərbaycanlı diplomatlara qarşı dələduzluq xəbəri ilə bağlı AÇIQLAMA

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

İşçisinin hüququnu pozan şəxs 20 min manat cərimə ödədi

Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı

Yeni qərar qəbul edildi: Varlılar daha çox vergi ödəyəcəklər

Bu gün Bakı metrosunda ölən şəxs məşhur müğənninin ATASIDIR - FOTO

Prezident DTX-nin bu əməkdaşlarını TƏLTİF ETDİ - ADLAR

İlham Əliyev ona VƏZİFƏ VERDİ SƏRƏNCAM

Xankəndidəki Qarabağ Universitetinin GÖRÜNTÜLƏRİ - VİDEO

Vətən müharibəsi iştirakçısı VƏFAT ETDİ - FOTO

Ölüm riski var - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Prezident sərəncam İMZALADI

Hərbçilərin NƏZƏRİNƏ! - 220 manat OLACAQ 

"Yaxşı at özünə qamçı vurdurmaz, kişi meyitimi sərə bilər" - Telli Borçalı + VİDEO

Bakı metrosunda FACİƏ: Sərnişin anidən...

Sabah bu ərazilərdə SU OLMAYACAQ!

“Forsaj 9” filminin istehsalçıları 1 milyon dollar kompensasiya ödəməlidir

Xəzərin səviyyəsi 1 metrdən çox azalıb - Nazirlik

Mərkəzi Nəbatat bağının 70 min su borcu var

Sabah güclü külək əsəcək - PROQNOZ

Bütün xəbərlər