BAKU Azərbaycan
°C

Artıq Azərbaycanda separatçılığa yer olmayacaq.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.

"Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik", - Prezident bildirib.

Son xəbərlər

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

İşçisinin hüququnu pozan şəxs 20 min manat cərimə ödədi

Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı

Yeni qərar qəbul edildi: Varlılar daha çox vergi ödəyəcəklər

Bu gün Bakı metrosunda ölən şəxs məşhur müğənninin ATASIDIR - FOTO

Prezident DTX-nin bu əməkdaşlarını TƏLTİF ETDİ - ADLAR

İlham Əliyev ona VƏZİFƏ VERDİ SƏRƏNCAM

Xankəndidəki Qarabağ Universitetinin GÖRÜNTÜLƏRİ - VİDEO

Vətən müharibəsi iştirakçısı VƏFAT ETDİ - FOTO

Ölüm riski var - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Prezident sərəncam İMZALADI

Hərbçilərin NƏZƏRİNƏ! - 220 manat OLACAQ 

"Yaxşı at özünə qamçı vurdurmaz, kişi meyitimi sərə bilər" - Telli Borçalı + VİDEO

Bakı metrosunda FACİƏ: Sərnişin anidən...

Sabah bu ərazilərdə SU OLMAYACAQ!

“Forsaj 9” filminin istehsalçıları 1 milyon dollar kompensasiya ödəməlidir

Xəzərin səviyyəsi 1 metrdən çox azalıb - Nazirlik

Mərkəzi Nəbatat bağının 70 min su borcu var

Sabah güclü külək əsəcək - PROQNOZ

“Azərbaycanda donuz qripi..." - XƏBƏRDARLIQ!

Bütün xəbərlər