BAKU Azərbaycan
°C

İlahiyyatçı Hacı Təyyar Hüseynlinin "Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir" açıqlaması ictimaiyyətdə rezonans doğurub. 

Bu fikirlərlə razışlaşmayanlar ilahiyyatçıya sosial şəbəkələrdə tənqid və təhqir ünvanlayıblar. Bəzi ekspertlər və dinşünaslar bildiriblər ki, İslamda ümumiyyətlə, siğə anlayışı belə yoxdur. Bunu İran mollaları uydurub. İlahiyyatçı Hacı Təyyar Hüseynli fikirlərinə gələn çoxsaylı tənqidlərə cavab verərək bildirib ki, kişi və qadın harada olmasından aslı olmayaraq, bir yerə düşərlərsə, siğə etdirməlidirlər: 

“Evli xanımlar bu cür tibbi proseslərdən öncə həkimlə dini cəhətdən müqavilə bağlamalıdır ki, kişi həkimin qadına toxunması günah sayılmasın. Bu tələb dini cəhətdən vacib sayılır. Bu cinsi məsələ deyil, qarşılıqlı müqavilə məsələsidir. Bu ilahi qadağanın tənzimləmə məsələsidir. Qadınlar qadın həkimlərə müraciət etsin, kişilər kişi həkimə. Bu, daha rahat olar”. 

Sözügedən mövzu ilə bağlı Cebhe.info- ya açıqlamasında ilahiyyatçı Elşad Miri Hacı Təyyarın bu fikirlərini əxlaqsızlığın təbliği kimi qiymətləndirib: 

“Hacı Təyyar deyir ki, dinimizdə siğə müxtəlif cür başa düşülür, siğəni müddətli dini nikahla səhv salırlar. Necə başa düşülür? Müddətli dini nikah olur? Nikahın müddəti olur? Bu, nə yanaşmadır? Kimsə gəlib qız istəyəndə, deyir ki, sizin qızınızla 3 aylıq dini nikah bağlayıram? Yaxud kimsə qızını ərə verəndə deyir ki, bu izdivac 6 aylıqdır? Müvəqqəti dini nikah anlayışının özü belə o qədər gülünc, ağlamalı, biabırçı və əxlaqsızlığın təbliğidir ki, buna bir aydınlıq gətirməyin, yaxud hansısa don geydirməyin heç bir adı qalmır.

Deyir ki, bir sıra hallarda siğə bağlamaq olar. Bunu bir növ anlaşma və müqavilə kimi də izah etmək mümkündür. Bir müqavilə bağlandığı zaman qarşı tərəf olur, ya olmur? Müqavilədə şahidlər olur, olmur? Bunun daha sonrakı prosesi olur, olmur? Siz müqavilə deyəndə nə başa düşürsünüz? İki nəfər arasında müqavilə bağlandı, budur sadəcə? Orada imza və ya anlaşma yoxdursa, sabah qarşı tərəfin haqqı tapdandığı zaman bunu necə isbat edəcəksən? Deyir ki, əgər qadın kişi ilə hər hansı bir yerdə qalacaqsa, siğə etdirə bilər. Bir xanım bir kişi ilə hansı yerdə bir yerdə qala bilər?

Siz dediyiniz bu ifadənin əxlaqsızlıqdan başqa bir variantı varmı? Sizin siğə dediyiniz əxlaqsızlıqdır. Müvəqqəti dini nikah dediyiniz isə əxlaqsızlığa dini don geydirməyinizdir. Deyir ki, qadına hər hansı məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmaması üçün bu dini müqaviləni bağlamaqdır. Məsələyə həmişə patriarxal yanaşılır. Yəni kişi nöqteyi -nəzərdən yanaşılır. Qadın nöqteyi-nəzərdən heç zaman bunların ağlına nəsə gəlmir, düşünmürlər ki, qadın nə olar? Qadın da kişiyə baxsa, siğə kəsdirməlidir?”

Elşad Mirinin sözlərinə görə vəfat etmiş qadın üçün məhrəm və naməhrəmliyin heç bir anlamı yoxdur:

“Deyir ki, bir xanım məzara qoyulursa, onun məhrəm kişi xeylağı yoxdursa, o zaman şəriət qadağanı aradan götürür və yad adam ona toxuna bilər. Vallah, insan bunları anlamaqda çətinlik çəkir. Bir insan vəfat edibsə, ona naməhrəm olsa, nə olacaq və ya məhrəm olsa, nə olacaq? Bu, nə anlayışdır? Kəfənlənmiş bir meyiti qəbirə qoymaq üçün əmi, dayı, baba, ata və ya kimsə, bu, nə məntiqdir?

Yaxud kişi həkim bir gündə neçə-neçə qadın xəstəni müayinə edir və yaxud bir neçə əməliyyat həyata keçirir. Hər biri ilə siğə etdirməlidir? Həkimə müraciət edən qadın ailəlidirsə, onunlada siğə olmalıdır? Anlamıram, siz nə yeyirsiniz, nə içirsiniz, necə düşünürsünüz?”

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər