BAKU Azərbaycan
°C

Tanınmış aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı xəbərlər yayılıb. 

Məlumata görə, Aşıq Namiq parkda gəzən qadına söz atıb.

Nəticədə qadının oğlu onu döyüb.

Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

Gundem.az xəbər verir ki, AZXEBER.COM məsələ ilə bağlı Aşıq Namiq Fərhadoğlu ilə əlaqə saxlayıb.

O hadisə haqda ətraflı məlumat verib: 

"Bu hadisə üç gün bundan əvvəl olub. "Dədə Qorqud" parkında gəzirdim. Parkda iki qadın gəzişirdi, 60-65 yaşları olardı. Anam yaşında qadınlar idi. Onlar məni tanıdı və öz aralarında mənim haqda danışmağa başladılar: Bilirsiniz ki, mən tanınmış adamam, küçədə gəzəndə hamı məni tanıyır. 

Elə bu an bir oğlan yaxınlaşdı və dedi ki, sən mənim anama nə deyirdin? Mən çaş-baş qaldım və bildirdim ki, anam yaşında qadınla mənim nə işim ola bilər? Bu zaman həmin oğlan mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Aramızda söz davası oldu. Bu an gördüm ki, həmin qadın cibindən telefon çıxartdı və çəkməyə başladı. Mən artıq məsələnin nə olduğunu anladım. İnsanlar bizi aralayanda mənim telefonum düşdü və ekranı qırıldı. Hər yerdə kameralar var, tələb etdim ki, açılsın. Burada aydın görünürdü ki, bu insanların məqsədi mənə "ilişmək” idi. Parkda olan insanlar bu ailəni tanıyır. Oğlanın pis vərdişləri olduğunu dedilər. Bu hadisəni mən nəticəsiz buraxmayacam. Görüntülər var kameralarda, hamısını çıxaracağam". 

 

Aşıq Namiq hadisənin polis tərəfindən araşdırıldığını, lazım gələrsə məhkəməyə qədər gedəcəyini bildirib:

 

"Gedib polisə izahat veriblər və yazıblar ki, guya mən demişəm "yaşlı qadınsınız, sizin parkda nə işiniz var, qoyun cavanlar gəzsin". 

 

Bu oyunu mənə kim qurub bilmirəm. Qadın öz dili ilə deyir ki, dayan səni biabır edəcəyəm. Bu iş planlaşdırılıb. Onlara kim ixtiyar verib ki, söyüş söysünlər və məni telefona çəksinlər? Mən polisə verəcəkdim, onlar məndən əvvəl gediblər. Polisdən mənə zəng gəldi, idarəyə dəvət etdilər mən də getdim. Mən oğlanla dalaşmışam, amma qadın gedib ekspertizaya, deyib Namiq məni döyüb, telefonumu qırıb. Bu qurmadır. Mənim də əlim əzilib. 

 

Aşıq Namiq qadına əl qaldırmadığını deyib: 

 

"Mən qadına əl qaldırmamışam, sadəcə əlindən telefonunu almışam ki, sən niyə məni çəkirsən? İndi də bəhanə edirlər ki, mən qadının telefonunu qırmışam. Yalandan deyir ki, telefonum "İphone 14 pro max”dır. Sən də mənə onu almalısan. Polisdə gətirəndə baxıram ki, onun telefonu "iphone 11”dir. Yəni bunların məqsədi mənə o bahalı telefonu aldırmaq idi. Dava zamanı oğlan mənim boynumdakı qızıl boyunbağını da götürüb. Heç o ortada yoxdur. Hələ yanındakı qadın da deyir ki, sən pullu oğlansan, hər gün toylardasan. Bir telefon alsan, dünya dağılacaq? Bax bunların məqsədi bu idi. Gördülər ki, məndən heç nə çıxmır, indi də məni gözdən salmağa çalışırlar. Şərəf və ləyaqətim alçaldıldığına görə mən məhkəməyə qədər gedəcəyəm".

 

Aşıq Namiq döyülmədiyini də deyib: "Heç kim məni döyməyib. Qələt edir məni döyən". 

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər