
Gündəm
16.11.2023 / 12:54
395
Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş - FOTO
Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı Bakı ŞBPİ-nin DYP İdarəsindən saytımıza təsdiq ediblər.
Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay