Gündəm
21.12.2023 / 14:04
315
Xankəndidə keçirilən “Qarabağ” - MOİK oyunu BAŞLADI
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.
Gundem.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.
Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay