BAKU Azərbaycan
°C

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb.

Gundem.az-ın xəbərinə görə, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib:

Həmin şəxslər aşağıdakılardır:

1. Abbasova Solmaz Paşabəy qızı (1983)

2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)

3. Cəfərov Zaur Qulu oğlu (1980)

4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)

5. Məmmədov Elvin Qəfər oğlu (1993)

6. Məmmədov İlqar Habil oğlu (1964)

7. Qubadov Fərid Hüseyn oğlu (1983)

8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)

9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)

Birgə məlumata əsasən, partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.

Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

"Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - birgə məlumatda bildirilib.

Son xəbərlər

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Əli Əsədov qərar imzaladı

Rusiya Ukraynanın Semyonovka kəndini TUTDU

Havanın temperaturu iqlim normasından YÜKSƏKDİR

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Azərbaycan "OPEC Fund" ilə ikitərəfli əlaqələrin təşviqini MÜZAKİRƏ ETDİ

“Nokia” bu tanınmış modelini yenidən İSTEHSAL EDƏCƏK

Azərbaycan şahmatçısı Avropa çempionu OLDU

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Bu ölkələr Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini DƏSTƏKLƏDİ

Yens Stoltenberq Kiyevə SƏFƏR ETDİ

Ramzan Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Mələkxanımın qızının toyundan yerə görə küsüb gedən məşhur cütlük ONLAR İMİŞ - FOTO

Bu yolla əmlak alanların DİQQƏTİNƏ: "Çıxarışsız mənzillər..." - XƏBƏRDARLIQ!

FHN-in nümayəndə heyəti Türkiyədə SƏFƏRDƏ OLDU - FOTO

Şotlandiyanın Baş naziri İSTEFA VERDİ

"Şişi götürmək riskdir, ona görədə... " - Salam Sarvanın səhhəti ilə bağlı AÇIQLAMA

"Arsenal"ın baş məşqçisi: "Çox yaxşı başladıq, amma..."

Lüksemburqun Böyük Hersoqu COP29-a DƏVƏT OLUNDU

Bütün xəbərlər