BAKU Azərbaycan
°C

Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib.

Gundem.az xəbər verir ki, qanun bu gün parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.

Daha sonra isə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xatırladaq ki, qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.

Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib.

Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.

Son xəbərlər

Azərbaycan və Türkiyə şirkətləri Anlaşma Memorandumu İMZALANDI

İsrail hökuməti BMT-nin Fələstinlə bağlı qətnaməsini RƏDD ETDİ 

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Dünyanın ən uzunömürlü heyvanları - SİYAHI 

Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır

Bayden və Zelenski yaxın həftələrdə görüşə BİLƏRLƏR

Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ! - Saat 09:00-dan...

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya EDİLDİ

Tanınmış juranlistə yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda FACİƏ: Azyaşlı bacı-qardaş...

Azərbaycan əhalisi geyimə nə qədər pul xərcləyib? - STATİSTİKA

Sofi Fayrodan cazibədar FOTOSESSİYA

Pentaqondan Xarkovla bağlı SOS SİQNALI: “Nə olursa olsun...”

ABŞ-dən Çin mallarına QADAĞA: Bu məhsullara 100 faiz rüsum tətbiq olunacaq  

Bilyard üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU - FOTO

Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti OLACAQ

Hərbi bazaya silahlı HÜCUM - Ölənlər və yaralananlar var 

Bütün xəbərlər