BAKU Azərbaycan
°C

İşğaldan azad edilən Xocalı şəhərində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi davam edir.

Gundem.az "Baku Tv"yə istinadən xəbər verir ki, rayonda 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin yeni yaradılan 2 seçki məntəqəsində seçicilərin sərbəst səsverməsi üçün lazımı şərait yaradılıb.

106 saylı məntəqənin sədri Sovet Allahverdiyev bildirib ki, seçicilər səsvermədə fəallıq göstərirlər: "Seçkilər şəffaf keçirilir. Artıq 230 nəfər səs verib".

Xocalı sakini Məmməd Nağıyev deyib ki, illər sonra Xocalıda səs vermək böyük sevincdir: "Çox şükür ki, müstəqil Azərbaycanımızda, ilk dəfə Qarabağımızda, doğma Xocalımızda prezident seçkilərində iştirak edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Prezident İlham Əliyevin dəmir yumruğu, mətin iradəsi sayəsində Xocalımıza qovuşmuşuq. Mənim üçün əvəzolunmaz gündür".

Xocalı sakini Nəzər Bilalov isə qeyd edib ki, ilk dəfə bütöv Azərbaycanda zəfər seçkisi keçirilir: "Bundan böyük nə sevinc ola bilər. Öz torpağımızda, bütöv Azərbaycanımızdayıq".

Qeyd edək ki, Xocalı rayonu Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici qeydiyyatdadır.

Son xəbərlər

Rusiyada YENİ BÖHRAN: “Kimlərsə Qazaxıstanın əli ilə…”

Sabah Bakıda 20 dərəcə isti olacaq

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi MÜZAKİRƏ EDİLDİ

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu BAŞLADI

"Bizi birləşdirən Allahdır ..." - Müğənni Elçin deputatın qızından boşanmayıb?

Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ - FOTO

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü ALQIŞLAYIR

İan Borq Gürcüstan XİN başçısı ilə danışıqlar APARDI

Məşhur aktrisa SAXLANILDI - FOTO

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT 

Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu kişilər qadınlardan daha çox YAŞAYIR - Səbəb nədir?

Azərbaycanda ağır qəza, ölən VAR - VİDEO

Zelenski İspaniya və Portuqaliyaya səfərini LƏĞV ETDİ

Bakıda Fəvvarələr meydanında ofisiantlar BIÇAQLANDI

Dələduzlar vətəndaşları necə aldadır? - DİN-dən ÇAĞIRIŞ

Türkiyə yenidən SİLKƏLƏNDİ - Dağıntı və tələfat...

Şahdağ və Gədəbəyə qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Mesut Özildən əzəli rəqibinə MESAJ

Bütün xəbərlər