BAKU Azərbaycan
°C

Xocalı soyqırımı Azərbaycan insanının yaddaşında həm də Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlarla qalıb.

Gundem.az xəbər verir ki, Azərbaycan münaqişə müddətində və sonrakı dövrdə bu kadrlardan beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün istifadə edə bilib. Lakin Çingizin soyqırımı qeydə aldığı kamerası ilə bağlı bu günə qədər deyilməyən həqiqətlər də var.

Globalinfo.az-a danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Çingiz Mustafayevlə ilk dəfə döyüşlərdə qarşılaşdığını deyib:

“Biz ilk dəfə 1991-ci ildə tanış olmuşuq. O zaman Kərkicahanda vəziyyət çox ağır idi. Ermənilər həmin kəndi nəzarətə götürmək istəyirdilər. Onda Çingiz Mustafayev, Vaqif Mustafayev və Mirşahin Ağayev bizim olduğumuz yerə gəldilər. Mirşahin Ağayev və Vaqif Mustafayev əllərinə avtomat götürdülər, amma Çingiz kamera ilə çəkilişə başladı. İlk dəfə o zaman tanış olduq. Daha sonra onlar Şuşada N saylı xüsusi təyinatlı hərbi hissəyə gəldilər. Bizimlə birlikdə zabit kazarmasında qalırdılar. Hələ o zaman həmin şəxslər Rusiya telekanallarında çalışırdılar. Qarabağda baş verənləri lentə alıb Moskvaya göndərirdilər. Onların bir ayağı Şuşada idi”.

Polkovnik Milli Qəhrəmanın həlak olduğu yerdə əşyaları və pulunun oğurlandığını bildirib:

“Biz Çingiz Mustafayevlə Daşaltı uğrunda əməliyyatlarda birlikdə iştirak etmişik. Döyüşlərin bir çoxunda bizimlə olub, işıqlandırıb. Çox cəsarətli, nikbin biri idi. Bir neçə dəfə Ağdamda rastlaşmışdıq. Xocalı rayonunun Naxçıvanlı kəndi uğrunda çox mübarizə apardıq. Oranı bir neçə dəfə nəzarətə götürdük, ancaq əlimizdə saxlamaq çox çətin idi. Ümumiyyətlə, döyüşlər zamanı onun həlak olduğu yerdə kamerası, tapançası, pulu oğurlanmışdı. Sonradan Vaqif Mustafayev onun vəfatının 7-ci gününə kimi bütün rayonları axtararaq itən əşyalarını tapdı”.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər