BAKU Azərbaycan
°C

"Crocus Group" və Müslüm Maqomayev Fondu "Crocus City Hall"da dəhşətli terror aktı qurbanlarına yardım göstərəcək. 

Gundem.az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı "Crocus Group"un sahibi, azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında post paylaşıb. 

E.Ağalarov bildirib ki, o, atası ilə birgə Fonda 100 milyon rubl (təxminən 1,8 milyon manat) pul köçürüb: 

"Dostlarımızı, tərəfdaşlarımızı və hər kəsi yardıma qoşulmağa dəvət etdik". 

Qeyd edək ki, martın 22-də axşam saatlarında baş verən terror aktı nəticəsində "Crocus City Hall" konsert zalı yanıb. Piknik qrupunun konsertinə gələn tamaşaçılara silahlı şəxslər atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, hücum edənlər "yanar maye"dən istifadə edərək konsert zalını da yandırıblar. Yanğın təxminən 13 min kvadratmetr ərazini əhatə edib. Konsert zalı tamamilə yanıb. Onun damı uçub. Yanğınsöndürənlər açıq alovu martın 23-ü axşam saatlarında söndürə biliblər. 

Son məlumatlara görə, terror aktı nəticəsində üçü uşaq olmaqla 140 nəfər həlak olub,119 nəfər yaralanıb. Terror aktı ilə əlaqədar 4-ü terrorçu olmaqla, 11 nəfər saxlanılaraq nəzarətə götürülüb. 

Hadisədən sonra İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin "Crocus City Hall"da yanğın təhlükəsizliyinin vəziyyətini yoxlamağı əmr edib. Baş Prokurorluq bundan əvvəl məlumat vermişdi ki, ərazidə yanğın təhlükəsizliyi yoxlamaları tam həcmdə həyata keçirilib. Agentlik "Crocus"un fəaliyyət icazəsinin olmaması ilə bağlı məlumatları da təkzib edib. Yanğın təhlükəsizliyi sistemindən danışan Araz Ağalarov bildirib ki, konsert zalında "bütün sistemlər həmişəki kimi çox yaxşı işləyir". 

Məqaləyə dair fotomateriallar:

 

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər