BAKU Azərbaycan
°C

Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.l

"Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır.

Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.
 

 

Son xəbərlər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

Kəlbəcərdə usta 4-cü mərtəbədən YIXILDI

Kupman Azərbaycana gəlir

Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

ABŞ bu türk ölkəsindən 81 təyyarə aldı

Samir Şərifov Ukraynanın yeni səfiri ilə görüşdü

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Bütün xəbərlər