BAKU Azərbaycan
°C

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Gundem.az-a Xocalı rayon prokurorluğundan məlumat verilib.  

Qeyd olunub ki, Xocalı rayon ərazisində fəaliyyət göstərən “Azadoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırılma aparılıb:

“Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib”.
Qurumdan həmçinin bildirilib ki, faktla bağlı Xocalı rayon prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Fuad Cabbarov 4 min manat məbləğində inzibati cərimə edilib”

Son xəbərlər

Havalar isindikcə, suya diqqət edin – MütəxəssislərdənXƏBƏRDARLIQ

Zəngəzur dəhlizini unudun... - Simonyan

Səyahətdən öncə diqqət edilməli 7 məqam

Ronaldo Trampa formasını hədiyyə etdi

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi

4 ayda bu qədər üçəm doğulub

Evlənənlər çoxalıb, boşananlar azalıb

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Ağaxan Abdullayevin oğlu sədr seçildi - FOTO

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

Uzunmüddətli müharibəyə hazırıq - İran

Daha bir tiktoker həbsdən buraxıldı

65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olundu

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

Bu şənbə rəsmi iş günüdür

Rəsmi Bakıdan Təl-Əvivə ÇAĞIRIŞ - İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər