Azərbaycanın dəmir yollarında 9 QƏZA - Ölənlər var
Bu il ADY-yə məxsus dəmir yollarında piyadaların ehtiyatsız davranışları səbəbindən 9 insanvurma hadisəsi baş verib.
Bu barərə Gundem.az-a qurumdan məlumat verilib. Qeyd olunub ki, nəticədə 5 nəfər həyatını itirib, 4 nəfər xəsarət alıb.
“Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları”na görə, körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşənəyi olan yerlərdən keçməlidirlər. Yolu keçməzdən əvvəl sağa və sola baxaraq qatarın gəlmədiyindən əmin olmalıdırlar”.
Azərbaycan Dəmir Yollarından həmçinin bildirilib ki, piyadalar dəmir yoluna qatar yaxınlaşarkən gözləməli və yalnız qatar keçib getdikdən, qonşu dəmir yollarında hərəkətdə olan qatarın olmadığından əmin olduqdan sonra hərəkətə davam etməlidirlər:
“Dəmir yollarında təhlükəsizliyi pozan hər hansı bir hal ilə qarşılaşdıqda, dərhal 1822 Əlaqə Mərkəzinə məlumat verərək təhlükəsizliyin təmin edilməsində iştirak etmək mümkündür”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay