BAKU Azərbaycan
°C

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Gundem.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.

“İbtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib”.

 

Qurum əlavə edib ki, iş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

Gecələr insan bədənində bu dəyişiklik olur – Araşdırma

Bu idman növü insan ömrünü 9 il UZADIR

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə BAŞLADI

Bu cərimələr artırılır - 300 manatdan 7000 manatadək

Siqaret çəkənlərə VACİB XƏBƏR - Cərimənin məbləği kəskin artırılır!

Bu ölkədə uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq

Belçikadan Yaponiyaya qədər... - Elm adamları TƏŞVİŞDƏ

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

Qaxda it şagirdə xəsarət yetirdi

Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ

"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

Bütün xəbərlər