BAKU Azərbaycan
°C

"Yeni Klinika"da onlayn növbəyə yazılan vətəndaşla həkim arasında mübahisə yaranıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, vətəndaş növbəyə yazılsa da, həkim gündəlik 30-35 xəstə limiti olduğunu bildirərək onu qəbul etməyib. Bu isə vətəndaşın narazılığına səbəb olub.  Klinikanın əməkdaşı xəstələrə “Onlayn növbəyə güvənməyin” deyib.

Maraqlıdır, vətəndaşlar onlayn növbə alsalar da, limit keçdiyi təqdirdə həkim onu qəbul etməyə bilərmi? 

Gundem.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Sfera.az-a bildirib ki, görüntüləri paylaşan vətəndaş artıq rəsmi qaydada videonun digər sosial hesablardan silinməsi üçün müraciət edib:

“Birincisi, görüntünü həkimin, qeydiyyatçının, vətəndaşların icazəsi olmadan çəkmək qanunla qadağandır. İkincisi, pasiyent özü də bildirib ki, onun yanlışlığı olub. Çünki o, dinləmədən qayda pozuntusu olduğunu göstərən kadrlar yayıb. Əslində isə qayda pozuntusu yoxdur”.

N.Allahyarova bildirib ki, onlayn növbədə vətəndaşın həkimi seçmək ixtiyarı yoxdur:

“Xidməti seçmək ixtiyarı var. Dövlət xəstəxanasında bir həkimin xəstəni müayinə etməsi limitlədir. Bundan artıq olması həm də xəstə üçün zərərlidir. Çünki bu qədər xəstəni qəbul edən həkimin artıq keyfiyyət göstəriciləri aşağı ola bilər. Bu, qayda ilə tənzimlənir. Həmin xanım isə məhz bu həkimə müayinə olunmaq istəyib. Təkrar qeyd edirəm, onlayn növbə xidmət üçün keçərlidir. Məsələn, travmatoloq xidmətini seçirsiniz, artıq xəstəxanada hansı həkimin növbəsidirsə, ona yaxınlaşırsınız”.

 

 

Son xəbərlər

Havalar isindikcə, suya diqqət edin – MütəxəssislərdənXƏBƏRDARLIQ

Zəngəzur dəhlizini unudun... - Simonyan

Səyahətdən öncə diqqət edilməli 7 məqam

Ronaldo Trampa formasını hədiyyə etdi

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi

4 ayda bu qədər üçəm doğulub

Evlənənlər çoxalıb, boşananlar azalıb

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Ağaxan Abdullayevin oğlu sədr seçildi - FOTO

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

Uzunmüddətli müharibəyə hazırıq - İran

Daha bir tiktoker həbsdən buraxıldı

65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olundu

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

Bu şənbə rəsmi iş günüdür

Rəsmi Bakıdan Təl-Əvivə ÇAĞIRIŞ - İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər