BAKU Azərbaycan
°C

"Bu ilin aprel ayından avqust ayına qədər Göyçay çayının Potu və Cəyirli kəndi ərazisindən keçən hissələrindən külli miqdarda xammal çıxarılıb, nəticədə bir neçə hissədə çayın yatağı aşağı düşüb. Bu da Göyçay çayı üzərində avtomobil körpüsünün uçmaq təhlükəsini qaçılmaz edib".

Bu fikirlər Gundem.az-a daxil olan şikayətdə qeyd olunub.

Şikayətdə xatırladılıb ki, dövlət əhəmiyyətli, bir neçə kəndi rayon mərkəzi ilə birləşdirən Göyçay çayı üzərindəki avtomobil körpüsü 2 iyun 2018-ci il tarixində də uçub:

“Körpünün uçmasına səbəb Göyçay çayının kənarında karxanaların gizli yolla çay məcrasından material götürməsi nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğuların dayanıqlılığına ziyan vurulması olub.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb və nəticədə müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191 440 manat, “Elnicat” MMC tərəfindən 356 400 manat, “Azpod” MMC tərəfindən 950 400 manat, “Attinak” MMC tərəfindən 1 372 800 manat, “ATF” MMC tərəfindən 316 800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495 000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314 160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184 800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110 880 manat təbiətə ziyan vurulub".

Bildirilib ki, buna baxmayaraq, nəticə çıxarılmayıb və qanunsuz əməllər hələ də davam etdirilir: “Bu isə nəticədə körpünün uçma təhlükəsini qaçılmaz edir. Həmin körpü uçacağı halda, yenidən rayonun infrastrukturuna ciddi xələl gələcək, əhalinin rayon mərkəzi ilə əlaqəsi kəsiləcək, eyni zamanda həm təbiətə, həm də dövlətə ziyan dəyəcək”.

Şikayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Amal Alışarlı saytımıza açıqlamasında bildirdi ki, vətəndaş şikayəti əsasında 04 sentyabr 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sözügedən bölgəyə baxış keçirib:

“Araşdırmada şikayətçi vətəndaş və Potu kənd bələdiyyəsi də iştirak edib. Vətəndaş tərəfindən təqdim edilmiş videomateriallarda çay yatağında texnika vasitəsilə qazıntı işləri aparılması görünsə də, ərazidən neçə m3 xammal daşınmasını müəyyən etmək mümkün olmayıb. Buna səbəb video çəkiliş aparıldıqdan sonrakı həftələrdə gələn sel sularının qazıntı və daşınma yerində yaratdığı forma dəyişikliyidir. Video çəkiliş zamanı görüntülənən texnikaların üzərində hər hansı şirkət və ya müəssisəyə məxsus nişan və ya emblemlər olmadığı, nəqliyyat vasitələrində, texnikalarda dövlət qeydiyyat nömrə nişanı görünmədiyi üçün qeyri-qanuni istismarın kimlər tərəfindən aparıldığını müəyyənləşdirmək mümkün olmayıb. Əraziyə baxış keçirən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Akt tərtib olunub”.

Həmçinin əlavə edilib ki, mövzunun əhatəli araşdırılmasını təmin etmək məqsədilə 6 sentyabr 2024-cü ildə Daxili İşlər Nazirliyinin Göyçay rayon Poliş Şöbəsinə, 12 sentyabr 2024-cü ildə isə Göyçay rayon prokurorluğuna rəsmi müraciət ünvanlanıb.  (Sfera.az)

Son xəbərlər

Bu ixtisaslarda qəbul balları ARTACAQ

İran Prezidenti ürək əməliyyatı etdi - FOTO

Məleykə Abbaszadədən abituriyentlərə - XƏBƏRDARLIQ

Bu şəxslərin maaşı 40% artdı

11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Villem-Aleksandr İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

Bu mesajlara cavab verməyin!

Onları görənlər "əriyir" - Ən xarizmatik üç bürc

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Bütün xəbərlər