BAKU Azərbaycan
°C

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış, Şərur rayonunda yerləşən “Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsin bitki yağları istehsalı müəssisəsinin anbarında sentyabrın 25-də baş vermiş yanğınla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.

Gundem.az xəbər verir ki, Naxçıvan MR prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, külli miqdarda dövlət vəsaiti hesabına alınan bitki yağları xammalı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilmədən anbara toplanıb, saxlanma şəraitinin düzgün təmin edilməməsi və digər pozuntular nəticəsində xammal qida məhsulu kimi yararsız hala düşüb, sonrakı mərhələdə isə tüstülənmə və yanmaya məruz qalıb, nəticədə isə külli miqdarda dövlət əmlakı məhv olub.

Baş vermiş hadisə ilə əlaqədar vəzifəli şəxslərin işə vicdansız və laqeyd münasibətləri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə külli miqdarda zərər vurulmasına əsaslı şübhələr əldə edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.

Son xəbərlər

Bu rayonda bir həftədə 2-ci körpə ölümü

Arda Gülər "Fənərbağça"ya qayıdır?

Bahar oxuduğu toyda hönkür-hönkür AĞLADI - VİDEO

Paşinyan yenə velosiped sürdü - bu dəfə ... - VİDEO

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ: yeni qayda

"Göyərçinləri yemləyənlər cərimələnsin" - Deputatdan təklif

Həmin ağır qəzanın VİDEOSU

"İhamə Quliyevanın söhbətlərini efirlərdən yığışdırsınlar"

Xankəndi, Şuşa, Laçın, Bakı və Gəncədə yürüşlər təşkil olunacaq

AFFA hakimi təhqir edən baş məşqçiyə hansı cəzanı verib?

Xalq artistindən nəvəsi ilə paylaşım

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verildi

“Ağ Şəhər”də “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub - FOTO

Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır

Bəzi şəhadətnamələr saxtalaşdırılır - Agentlik

Ərdoğanla Paşinyan Budapeştdə görüşdü

22 şahmatçımız Avropa çempionatında iştirak edəcək

Sabah Bakının bəzi yollarında məhdudiyyətlər olacaq

Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

Bütün xəbərlər