
Hadisə
24.10.2024 / 13:58
907
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Hadisə ötən gün Ramana ərazisində baş verib.
Gundem.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.
Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.
Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.
Uşağın atası Seyidov Kamil bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay