BAKU Azərbaycan
°C

Şamaxı rayonunda evini əxlaqsızlıq yuvasına çevirən və bir neçə qadını fahişəliyə cəlb edən 65 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Gundem.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü Məfkurə Mustafayeva barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bildirilib ki, M.Mustafayeva 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt Məfkurə Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb.

Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb.

Həmçinin məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddu.

Şamaxı Rayon Məhkəməsi 6 ildən sonra M.Mustafayevanı yenə eyni əməllərə görə məhkum edib. o, Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinib.

Şamaxı və Xəzər Rayon məhkəmələrinin hökmləri birləşdirilərək 65 yaşlı qadına 6500 manat pul cəriməsi və 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı taxılıb.

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər