BAKU Azərbaycan
°C

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Gundem.az xəbər verir ki, hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

"Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin", - o bildirib.

Fotoda Firad Əliyev

Məqaləyə dair fotomateriallar:

Son xəbərlər

Havalar isindikcə, suya diqqət edin – MütəxəssislərdənXƏBƏRDARLIQ

Zəngəzur dəhlizini unudun... - Simonyan

Səyahətdən öncə diqqət edilməli 7 məqam

Ronaldo Trampa formasını hədiyyə etdi

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi

4 ayda bu qədər üçəm doğulub

Evlənənlər çoxalıb, boşananlar azalıb

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Ağaxan Abdullayevin oğlu sədr seçildi - FOTO

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

Uzunmüddətli müharibəyə hazırıq - İran

Daha bir tiktoker həbsdən buraxıldı

65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olundu

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

Bu şənbə rəsmi iş günüdür

Rəsmi Bakıdan Təl-Əvivə ÇAĞIRIŞ - İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər