BAKU Azərbaycan
°C

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir.

Gundem.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə çağırışında qeyd olunub.

Bildirilib ki, səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.

Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!",- deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Tuba Büyüküstünün ərəbcə çıxışına ərəblərin REAKSİYASI - VİDEO

Qəbələdə göldə bir nəfər batdı

Bu qadınları 5 il HƏBS gözləyir

Samir Şərifova yeni vəzifə verildi

Əməkdar artistin oğlu vəfat ETDİ

Xalq artisti: "Elgiz, özündən çıxmısan"

“Qurban Qurbanov çox ağıllı məşqçidir”

Prezident Ərdoğan Gültəkin ailəsinin dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib

Banu Alkan xəstəxanaya yerləşdirildi

Atasının qətlini sifariş edən oğul: "Anam öləndən sonra..."

Aysunun ərindən ayrılıq paylaşımı - FOTO

DYP rəisi vəzifəsindən azad edildi - Yeni təyinat

35 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü - FOTO

İlham Əliyev Ərdoğana zəng etdi

Gənc müəllim faciəvi şəkildə ÖLDÜ

Azərbaycanlı aparıcı yarım milyonluq evini nümayiş etdirdi - VİDEO

Müğənni Zauru yıxmağa çalışdı: Qışqırtısından sonra... -VİDEO

"Qarabağ"da ən bahalı futbolçu kimdir?

Şəmsi Səmədzadə azadlığa buraxıldı

Ən yaxşı kim olacaq? - Hamısı dubl edib

Bütün xəbərlər